Bank Of Baku

“Sankt-Peterburq Azərbaycanlıları İcması”nın sədri Rusiya DİN-in Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə İctimai Şurasının üzv seçilib

“Sankt-Peterburq Azərbaycanlıları İcması”nın sədri Rusiya DİN-in Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə İctimai Şurasının üzv seçilib
# 29 sentyabr 2011 13:51 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 28-də Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə İxtisas Hazırlığı Mərkəzində yeni təşkil olunmuş İctimai Şuranın birinci iclası keçirilib. Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə prioritet vəzifələrin yerinə yetirilməsi məqsədilə 6 istiqamətdə, o cümlədən ictimai nəzarət mexanizminin işlənməsi, kütləvi informasiya vasitələrinin vətəndaş cəmiyyəti institutları ilə birgə fəaliyyəti, millətlərarası və dinlərarası məsələlər, cinayətkarlığa qarşı fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, hüquqi müdafiə və normativ aktların hüquqi ekspertizasının həyata keçirilməsi, təhsil və yaradıcılıq institutlarının potensialından istifadə edərək əhalidə hüquq mədəniyyətinin inkişafı və maariflənmə üzrə işçi qruplar yaradılıb. Yeni yaradılmış “Sankt-Peterburq Azərbaycanlıları İcması”nın sədri, Smolnı İnstitutunun rektoru, akademik Heydər İmanov İctimai Şuraya və işçi qrupa üzv seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR