Bank Of Baku

Vaşinqtonda ənənəvi Türk Festivalı keçirilib

Vaşinqtonda ənənəvi Türk Festivalı keçirilib
# 03 oktyabr 2011 09:52 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, 9-cu Türk Festivalında 25 min nəfər iştirak edib. Festivalda Türkiyə və Azərbaycan rəqsləri, əyləncə, dadlı yeməklər, şirniyyat, incəsənət nümunələri, qəhvə falı ənənəsi təqdim olunub, şərq bazarı və turizm sərgiləri keçirilib. Festival iştirakçıları iki qitə və zəngin minillik tarixə ekskurs ediblər.

Ötən beş il ərzində olduğu kimi, festivalda Azərbaycan diasporunun öz masası olub. İştirakçılara uyğur, özbək və digər mədəniyyət nümunələri ilə yanaşı, Azərbaycan mədəniyyəti və mətbəxi də təqdim olunub.

Bu il festival çərçivəsində Vaşinqton və Ankara qardaşlaşma haqqında razılaşma imzalayıblar. Ankara bələdiyyə başçısı Məlih Gökçək və Vaşinqton meri Vinsent Qrey Türkiyənin ABŞ-dakı səfiri Namiq Tanın iştirakı ilə Vaşinqton bələdiyyəsinin binasında müvafiq protokola imza atıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR