Bank Of Baku

Danimarkadakı Azərbaycan diasporunun liderlərindən biri vəfat edib

Danimarkadakı Azərbaycan diasporunun liderlərindən biri vəfat edib
# 04 oktyabr 2011 12:41 (UTC +04:00)
Bakı-APA. Danimarkadakı Azərbaycan diasporunun fəal üzvü, Danimarka Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elxan Hüseynov vəfat edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elxan Hüseynov Azərbaycan həqiqətlərinin Danimarka ictimaiyyətinə çatdırılmasında, Danimarkada Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsində böyük iradə və əzmkarlıq nümayiş etdirib, onun Danimarkada Azərbaycanın dostlarının sayının artmasında böyük xidmətləri olub. Elxan Hüseynov ömrünün böyük bir hissəsini Azərbaycanın müstəqilliyi işinə həsr edib, Qarabağ müharibəsində hərbi əməliyyatlarda fəal iştirak edib. Elxan Hüseynov istefada olan polkovnik idi. Tərtərin müdafiəsində onun böyük xidmətləri olub.
Elxan Hüseynov həmin rayonda erməni hərbi birləşmələrinə ağır zərbə vuran əsas komandirlərdən biri olub.
Məlumata görə, Danimarkada yaşadığı ilk vaxtlardan Elxan Hüseynov Danimarka Azərbaycan Dostluq Cəmiyyətini təsis edərək Azərbaycan uğrunda mübarizəsini davam etdirib. Onun fəaliyyəti sayəsində Danimarka ictimaiyyətinin Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ermənilərin dinc azərbaycanlılara qarşı Xocalı soyqırımı haqqında məlumatları artıb.

Elxan Hüseynovun dəfn mərasimində Danimarkadakı Azərbaycan və türk diasporlarının nümayəndələri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR