Bank Of Baku

Bakıda səfərdə olan DAK İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri Nazim İbrahimovla görüşüblər

Bakıda səfərdə olan DAK İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri Nazim İbrahimovla görüşüblər
# 05 oktyabr 2011 12:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakıda səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüblər. DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Nazim İbrahimov Dünya Azərbaycanlılarının III Qurultayı və qurultaydan sonrakı dövrdə Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verərək, DAK-ın diaspor təşkilatları arasında xüsusi yeri olduğunu söyləyib və rəhbərlik etdiyi komitə ilə konqres arasında əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyindən danışıb.

DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı qurumun İdarə Heyətinin üzvlərinin Bakıya toplaşmasının məqsədi barədə danışıb, bölgədə gedən proseslər fonunda konqresin fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti barədə məlumat verib, təşkilat ətrafında gedən söz-söhbətlərə aydınlıq gətirib. O qeyd edib ki, Bakıda səfərdə olan İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının üzvləri Azərbaycanda fəaliyyət göstərən müxtəlif ictimai-siyasi təşkilatlarla görüşlər, konfranslar keçirəcək.

Bundan sonra DAK-ın digər həmsədri Firudin Pərvizniya, DAK İdarə Heyətinin üzvləri - DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK həmsədrlərinin MDB üzrə müavini Abuzər Bağırov, təşkilatın Ukrayna nümayəndəliyinin sədri Möhlət Hüseynov, Rusiya nümayəndəliyinin sədri Tahir Hacıyev, doktor Nurəddin Qərəvi, Məhəmməd Müştaq, Adil Minbaşı, Vaqif Arzumanlı diasporun qarşısında duran vəzifələr və təmsil elədikləri təşkilatda aparılan işlər barədə məlumat verərək, dünyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından dövlət və diaspor təşkilatları arasında münasibətlərin yaxşılaşdırılmasının zəruri olduğunu vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR