Bank Of Baku

DAK-ın növbəti qurultayı gələn ilin yazında keçiriləcək

DAK-ın növbəti qurultayı gələn ilin yazında keçiriləcək
# 06 oktyabr 2011 13:53 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin növbəti iclası keçirilib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə Heyətinin 10 üzvünün iştirak etdiyi iclasda XII qurultayın 2012-ci ilin yazında keçirilməsi və bu məqsədlə İdarə Heyətinin tərkibində işçi qrup yaradılması qərara alınıb.

DAK-ın Nizamnaməsini kobud surətdə pozduqlarına görə İdarə Heyətinin üzvləri Mirəşrəf Fətiyev, Səftər Rəhimli və Hüseyn Vüsuqinin fəaliyyətləri qurultaya qədər dondurulub, İdarə Heyətinin üzvü kimi səlahiyyətlərini yerinə yetirmədiklərinə görə Baba Tağıyev və Oktay Hüseynova sonuncu xəbərdarlıq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR