Bank Of Baku

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd edilib - FOTO

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd edilib - <font color=red>FOTO</font>
# 06 oktyabr 2011 14:28 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə konfrans keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə BƏƏ-də yaşayan azərbaycanlılarla yanaşı türklər, İraq türkmənləri, ictimaiyyət nümayəndələri, yerli hökumət təmsilçiləri, o cümlədən Dubay Hökuməti Aparatının ictimai və mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccar iştirak edib. “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi barədə məlumat verib. Müstəqilliyinin ilk illərində siyasi və iqtisadi böhran, Ermənistanın təcavüzü ucbatından torpaqlarının 20%-ni itirmiş gənc respublikanın çətin və mürəkkəb günlər yaşadığını qeyd edən Samir İmanov Heydər Əliyev və onun siyasi kursunun davamçısı prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində hazırda Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini söyləyib.

Daha sonra konfrans iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri əyani surətdə əks etdirən müxtəlif dillərdə dərc olunmuş broşür və bülletenlər, Azərbaycan mədəniyyətinə, musiqisinə, incəsənətinə, o cümlədən xalçaçılıq sənətinə dair müxtəlif kitablar verilib.
Dubay hökumətinin rəsmi nəşri olan “Al-Bayan” qəzetinin əməkdaşı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib və məqalə hazırlayıb. Qəzetin 6 oktyabr tarixli sayında dərc olunmuş məqalədə müasir Azərbaycanın 1918-ci ilin 28 mayından 1920-ci ilin 28 aprelinə kimi 23 ay ərzində mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olduğu qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR