Bank Of Baku

Latviyadakı azərbaycanlıların “Ocaq” Milli Mədəniyyət Mərkəzinin rəhbəri: “Latviya Azərbaycanın Avropa birliyinə inteqrasiyasına lobbiçilik etməyə hazırdır”

Latviyadakı azərbaycanlıların “Ocaq” Milli Mədəniyyət Mərkəzinin rəhbəri: “Latviya Azərbaycanın Avropa birliyinə inteqrasiyasına lobbiçilik etməyə hazırdır”
# 07 oktyabr 2011 12:14 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. “Avropa Birliyinin üzvü kimi Latviya Azərbaycanın bu birliyə inteqrasiyasına və namizədliyinə lobbiçilik etməyə hazırdır”. Bunu APA-ya açıqlamasında Latviya prezidenti nəzdində milli azlıqlar üzrə Şuranın sədri, Latviyadakı azərbaycanlıların “Ocaq” Milli Mədəniyyət Mərkəzinin rəhbəri Roman Əliyev deyib. O bildirib ki, Latviya və Azərbaycan arasında əlaqələrin inkişafı baxımından böyük potensial var. Həm turizmin inkişafı, həm tranzit əlaqələrin yeni səviyyəyə çıxarılması, həm də əmttə dövriyyəsinin artırılması üçün kifayət qədər yaxşı imkanların olduğunu qeyd edən R. Əliyev ikitərəfli perspektivlərin böyük gələcəyə malik olduğunu söyləyib: “Azərbaycan və Latviya dövlət başçılarının son illər Bakı və Riqaya qarşlıqlı səfərləri bu münasibətlərin inkişafına böyük töhfə verir”.

Hazırda Latviyada təxminən 2 minə yaxın azərbaycanlının yaşadığını və milli azlıq qismində onlar üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdıran Roman Əliyevin sözlərinə görə, Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsi iki ökə arasında münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayır, çünki humanitar və insani əlaqələr dövlətlərarası münasibətlər üçün ən yaxşı bünövrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR