Bank Of Baku

ABŞ-da yaşayan azərbaycanlılar CNN telekanalında Dağlıq Qarabağın Ermənistan ərazisi kimi təqdim edilməsinə qarşı kampaniyaya başlayıblar

ABŞ-da yaşayan azərbaycanlılar CNN telekanalında Dağlıq Qarabağın Ermənistan ərazisi kimi təqdim edilməsinə qarşı kampaniyaya başlayıblar
# 12 oktyabr 2011 08:21 (UTC +04:00)
Proqramda Ermənistanın “Yerkir” media kanalı tərəfindən hazırlanan reportaj nümayiş olunub. Reportajda Dağlıq Qarabağda qədim bir şəhərdən söhbət açılıb. Azərbaycan diasporu bildirir ki, dünyanın ən baxımlı kanallarından biri olan CNN Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edən reportajı yayımlamaqla kobud səhvə yol verib. ABŞ-da yaşayan 500-ə yaxın azərbaycanlı proqramın müəllifi Gilyermo Ardinyoya (Guillermo Arduino) məktub göndərərək, etirazlarını bildiriblər. Onlar hər bir kəsi [email protected] ünvanına etiraz məktubu göndərməyə çağırıblar.

Məktublarda deyilir: “Mən 2011-ci il oktyabrın 3-də Worldview proqramında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistan ərazisi kimi təqdim edən “Qədim şəhər tapılıb” adlı reportajla bağlı narahatlığımı ifadə etmək üçün yazıram və əminəm ki, milyonlarla azərbaycanlı mənim bu narahatlığımı bölüşür”.

Azərbaycanlılar bildiriblər ki, proqramın müəlliflərinə tarixi faktları təqdim etməyə hazırdırlar və ümid edirlər ki, proqram bu səhvi düzəldəcək və tamaşaçılarını bir daha əmin edəcək ki, CNN ədalət və düzgünlük standartlarına əməl edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR