Bank Of Baku

Avropa Azərbaycan Cəmiyyəti xeyriyyə konsertinə sponsorluq edib

Avropa Azərbaycan Cəmiyyəti xeyriyyə konsertinə sponsorluq edib
# 14 mart 2014 14:56 (UTC +04:00)

Bakı – APA. Martın 12-də Londonda “Park Leyn” otelində Böyük Britaniya parlamentarilərinin qatıldığı “Makmilian” adlı estrada konsertinə Avropa Azərbaycan Cəmiyyəti (AAC) sponsorluq edib.

 

AAC-dan APA-ya verilən məlumata görə, “Makmilian - Xərçəng xəstələrinə dəstək” Xeyriyyə Cəmiyyəti üçün keçirilən xeyriyyə konsertində 150 min ingilis funtu məbləğində vəsait toplanıb. Bu vəsait xərçəng xəstəliyindən əziyyət çəkən insanlara xərclənəcək. İldə bir dəfə keçirilən bu xeyriyyə tədbirində həm Lordlar, həm də İcmalar Palatasının üzvləri iştirak edir.

 

İştirakçılar arasında Azərbaycanda səfərdə olmuş millət vəkili Mark Menzis, Şotlandiyanın keçmiş Dövlət naziri Lord Foulkes və Lord Kilkluni də olub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR