Bank Of Baku

Rusiyanın Krasnoyarsk şəhərində Xocalı faciəsinə həsr olunmuş konfrans keçirilib - FOTO

Rusiyanın Krasnoyarsk şəhərində Xocalı faciəsinə həsr olunmuş konfrans keçirilib - <span style="color: red;">FOTO
# 28 fevral 2014 10:31 (UTC +04:00)

Bakı – APA. Fevralın 27-də Rusiyanın Krasnoyarsk şəhərində Xocalı faciəsinə həsr olunmuş konfrans keçirilib.

 

APA-nın məlumatına görə, Krasnoyarsk diyarının Azərbaycan diasporunun təşkil etdiyi tədbirdə Azərbaycan diasporunun nümayəndələri, şəhərin milli diaspor təşkilatlarının rəhbərləri, habelə yerli ictimaiyyət təmsilçiləri və jurnalistlər iştirak edib.

 

Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyanın xüsusi rolunu vurğulayıb. Q.Osmanov həmçinin Rusiyada yaşayan azərbaycanlı gəncləri ölkənin ictimai həyatında fəal iştiraka çağırıb.

 

Tədbirdə həmçinin Krasnoyarsk diyarı ombudsmanının konfrans iştirakçılarına müraciəti oxunub. Müraciətdə Xocalı hadisələrinə qiymət verilib, habelə ermənilərin Xocalı sakinlərinə qarşı törətdiyi qətliam pislənilib.

 

Sonda Xocalı qurbanlarının xatirəsinə ehsan verilib.

         

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR