Oğuzda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçiriləcək
28 sentyabr 2012 12:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları üçün oktyabrın 1-2-də Oğuz şəhərində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçirəcək. Bu barədə APA-ya Komitənin mətbuat xidmətindən bildirilib. Dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçiriləcək seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, digər rəsmi şəxslər ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər. Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayəndənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.
Din
Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək
18:38
7 may 2024
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024