Bank Of Baku

Oğuzda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçirilir

Oğuzda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçirilir
# 01 oktyabr 2012 08:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Oğuz şəhərində da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq öz işinə başlayıb.

APA-nın məlumatına görə, iki gün davam edəcək tədbirdə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları iştirak edir. Seminar-treninqin açılış mərasimindən öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbirin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərov çıxış edəcəklər.
Dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilir.

Seminar-treninqin birinci günü “Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik”, “Dini radikalizm və onunla mübarizə üsulları”, ikinci gün isə “Dini icmaların cəmiyyətdə yeri və rolu”, “İslamda orta yol”, “Milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhu” mövzularında müzakirələr aparılacaq.

Tədbir respublikanın 7 şəhər və rayonunda yüzdən artıq nümayəndənin iştirakı keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR