Oğuzda keçirilən seminarda Azərbaycan sufiliyinin geneologiyası təqdim olunub
DQİDK mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbir çərçivəsində artıq bir neçə maraqlı məruzələr dinlənilib.
Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Əhməd Niyazov seminar iştirakçılarına Azərbaycan sufiliyinin yaranması, tarixi və geneologiyası haqqında söz açıb, bu cərəyanın ümumilikdə Qafqaz regionunun mənəvi inkişafındakı rolunu vurğulayıb, onun formalaşmasında İmam Cəfər Sadiqin (ə) müstəsna xidmətlərini qeyd edib. O, Şimali Qafqazda müridilik hərəkatı haqqında maraqlı faktları da diqqətə çatdırıb. Ə.Niyazov bildirib ki, tarixin bütün mərhələlərində Azərbaycan din sahəsində yaranan tələbatını daxili resurslar müqabilində nəinki tamamilə təmin edib, hətta digər ölkələrdə ictimai fikrin və dini ənənələrin formalaşmasına, təsisatların qurulmasına töhfələr verib. Eyni zamanda məruzəçi təəssüflə qeyd edib ki, bütün bunlara baxmayaraq, hazırda əks proseslər müşahidə edilir: Şimali Qafqazda baş qaldıran və vüsət alan radikallıq Azərbaycana sirayət edir, İslamın saflığına və aliliyinə zərbə vuran, ləkə salan bu ideyaların daşıyıcıları məmləkətimizdə söz sahiblərinə çevrilirlər. Ə.Niyazov bu kimi tendensiyaların qarşısının alınmasının zəruriliyini xüsusi ilə vurğulayıb.
İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərovun çıxışı da məhz bu kontekstdə qurulub. Məruzəçi Azərbaycan xalqının İslam mədəniyyətinə töhfələrindən geniş söz açıb. O qeyd edib ki, Azərbaycan tarixən yalnız ölkə hüdudlarından kənarda yaranan elmi nailiyyətlərin istifadəçisi olmayıb, özü böyük şəxsiyyətlər, alimlər yetişdirib: “ Bunlara nümunə olaraq ilk rəsədxana müəllifi, elmin bir çox sahələri üzrə alim, elxanilər sülaləsinin islama gəlməsinə təsir etmiş Nəsrəddin Tusi, Aristotelin nəzəriyyəsini inkişaf etdirmiş Bəhmənyar, vəhdətül-vücud ideyasının müəllifi Miyanəci, Şimali Qafqaza və Anadolunun bir hissəsinə yayılmış sufilik cərəyanlarının əsaslarını qoymuş böyük şeyxləri və s. göstərmək olar”. E.Əsgərov həmçinin XX əsrin əvvəlində, Azərbaycan Demokratik Respublikası dövründə məzhəblərarası yaxınlaşmada ölkənin ziyalı və din xadimlərinin oynadıqları əvəzsiz roldan söz açıb. Mərkəz rəhbəri təəssüflə bildirib ki, sovet imperiyasının 70 illik hakimiyyəti müddətində ənənələrin qırılması müşahidə olunub. Nəticədə xaricdə formalaşan cərəyanlar bura Azərbaycan ənənələrinə zidd ənənələri gətirməyə çalışırlar: “Azərbaycan dindarı qarşısında duran vəzifə öz dini ənənələrini öyrənmək və bərpa etmək, zərərli xarici təsirləri rədd etməkdən ibarətdir”.
Xəbər Lenti
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, xilasetmə əməliyyatı aparılır- YENİLƏNİB-1
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib