Bank Of Baku

Elşad İskəndərov: “Azərbaycanın tolerantlıq modelinin tanıdılması dünyada İslamofobiya və dini radikalizmə qarşı mübarizəyə əhəmiyyətli töhfə olacaq” - FOTO

Elşad İskəndərov: “Azərbaycanın tolerantlıq modelinin tanıdılması dünyada İslamofobiya və dini radikalizmə qarşı mübarizəyə əhəmiyyətli töhfə olacaq” - <font color=red>FOTO</font>
# 12 oktyabr 2012 14:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovun Türkiyəyə səfəri davam edir. APA-nın məlumatına görə, E. İskəndərov Türkiyəyə rəsmi səfəri çərçivəsində dünən Türkiyə İnkişaf və məkdaşlıq Agentliyi (TİKA) başqanı Serdar Cam ilə, həmçinin Türkiyə Diyanət Vəqfi, Ankara Universiteti İlahiyyat fakültəsində, görüşlər keçirib. Türkiyənin Nazirlər Kabinetinə bağlı TİKA-nın başqanı ilə görüşdə Komitə sədrinə dünyada müsəlman azlıqlarının inkişafı, İslamofobiyaya qarşı maarifləndirmə sahəsində TİKA-nın həyata keçirdiyi layihələr haqqında məlumat verilib. Öz növbəsində Komitə sədri Azərbaycanın tolerantlıq modelindən bəhs edərək bu modelin dünyada tanıdılmasının həm İslam dininin mənəvi dəyərlərinin, həm də mədəniyyətinin müsbət beynəlxalq imicinin formalaşması, həmçinin İslamofobiyanın qarşısının alınması baxımından önəmini vurğulayıb: “Azərbaycanın tolerantlıq modelinin tanıdılması dünyada İslamofobiya və dini radikalizmə qarşı mübarizəyə əhəmiyyətli töhfə olacaq”.

Görüşdə, həmçinin iki ölkənin birgə maraq dairəsində olan coğrafi ərazilərdə, həmçinin azərbaycanlıların kompakt yaşadığı ölkələrdə TİKA təcrübəsindən istifadə edilməsi məsələləri müzakirə olunub. Tərəflər bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin keçirilməsi məqsədilə razılıq əldə ediblər.

Türkiyə Diyanət Vəqfində olarkən Vəqfin sosial, maarifləndirmə, nəşriyyat sahələrindəki geniş fəaliyyətləri və bu tipli fəaliyyətlərin Türkiyənin dini icmalarının həyatındakı rolu ilə tanış olduqdan sonra Vəqfin rəhbər heyəti ilə söhbətində Dövlət Komitəsinin sədri bildirib ki, cəmiyyətin dini radikalizmə meyllənməsinin qarşısının alınmasında dini icmaların özünütəcrid və özünəqapanma kimi mənfi tendensiyaların qarşısının alınmasının rolu böyükdür: “Bunun üçün icmaların bütünlükdə cəmiyyətin inkişafına müsbət nəticələr verə biləcək sosial layihələrdə aktiv fəaliyyəti böyük əhəmiyyət kəsb edir”.

Komitə sədri APA-ya müsahibəsində isə bildirib ki, bu istiqamətdə təlimlər DQİDK-nin keçirdiyi maarifləndirmə fəaliyyətinin tərkib hissəsini təşkil edəcək.

Səfər proqramına bu gün və sabah İstanbulda keçiriləcək görüşlər və mətbuat konfransı ilə başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR