Bank Of Baku

İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 15 oktyabr 2012 15:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş 1986-cı il təvəllüdlü təqsirləndirilən şəxs Salahov Vahid İsrafil oğluna vətəndaş Həşimov Sənan Seyran oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman qoza bənzər içi kremli şirniyyatın içərisində 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,55 qram marixuana, 3ədəd ümumi çəkisi 2,577 qram tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR