Bank Of Baku

Hacı Allahşükür Paşazadə Rəcəb Tayyib Ərdoganı Qurban bayramı münasibətilə təbrik edib - FOTO

Hacı Allahşükür Paşazadə Rəcəb Tayyib Ərdoganı Qurban bayramı münasibətilə təbrik edib - <font color=red>FOTO</font>
# 17 oktyabr 2012 13:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoganı və bütün Türkiyə xalqını müsəlman dünyasının qarşıdan gələn böyük bayramı - Eydül-Əzha münasibətilə təbrik edib, Qurban bayramının fəzilət və nurunun bütün İslam dünyasına əmin-amanlıq və rifah bəxş etməsini diləyib.

QMİ-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, Ərdoğan səfərdə olarkən A.Paşazadə onunla görüşüb. Görüşdə Şeyxülislam A.Paşazadə qardaş dövlət və xalqlar arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də əlaqələrin yüksək səviyyəsinin mövcudluğunun ümumi rifah və səadətə xidmət etdiyini, dünya miqyasında birgə uğurlara rəvac verdiyini xüsusi vurğulayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdogan Şeyxülislam Allahşükür Paşazadənin xalqlar arasında dini-mənəvi əlaqələrin inkişafında xidmətlərindən məmnunluğunu ifadə edib, Qafqazın dini liderinin bölgədə sülh və əmniyyətin bərqərarı işinə verdiyi şəxsi töhfəni yüksək dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR