Bank Of Baku

Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan bir neçəsinin səhhətində problem yaranıb

Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan bir neçəsinin səhhətində problem yaranıb
# 22 oktyabr 2012 10:36 (UTC +04:00)
Bu barədə APA-ya zəvvarlardan biri məlumat verib. O, zəvvarların səhhətində problem yaranmasını iqlimi dəyişməsi ilə izah edib: “Bir neçə nəfərdə soyuqdəymə, qan təzyiqi halları qeydə alınıb. Amma şükür Allaha ki, zəvvarların səhhətində ciddi problem yoxdur”.

Qeyd edək ki, Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri, 1947-ci il təvəllüdlü Bakı sakini Hidayətova Raziyə ziyarət zamanı dünyasını dəyişib. Zəvvar xanım ürək çatışmazlığından keçinib. Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunub.

R. Hidayətova Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının baş həkiminin müavini vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR