Bank Of Baku

Moskvanın ən böyük məscidində 10 mindən çox müsəlman Qurban bayramını qeyd edib - FOTO

Moskvanın ən böyük məscidində 10 mindən çox müsəlman Qurban bayramını qeyd edib - <font color=red>FOTO</font>
# 26 oktyabr 2012 10:07 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Sülh Prospektində yerləşən paytaxtın ən böyük məscidində 10 mindən çox müsəlman Qurban bayramını qeyd edib.

Bundan başqa paytaxt meriyası tərəfindən müsəlmanlar üçün namaz qılmaq, qurban kəsmək və dualar etmək üçün meydanlar ayrılıb.

Moskva polisi gücləndirilmiş iş rejimində işləyir. Əsasən, 10 mindən çox müsəlmanın bayram namazı qıldığı “Prospekt Mir”dəki məscid ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Bayrama gələnlər metal axtaran cihazlarla yoxlanıldıqdan sonra məscidin həyətinə buraxılır.

Bayram tədbiriləri ilə əlaqədar paytaxtın bir çox küçələri hərəkət üçün bağlanıb.

Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev müsəlmanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik ediblər.
D. Medvedev Qurban bayramının İslam dininin yüksək mənəvi ideallarını, mərhəmətini və qarşılıqlı hörmətini təmsil etdiyini bildirib. Baş nazir bundan sonra da Rusiyadakı müsəlman dini idarələrinə, Həcc təşkilatına və Müsəlman cəmiyyətlərinə lazımı yardım edəcəklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR