Bank Of Baku

İran səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb

İran səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb
# 06 noyabr 2012 11:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovla görüşüb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında dini sahədə əməkdaşlıq, dini əlaqələrin inkişafı və ortaq tədbirlərin keçirilməsi məsələləri müzakirə edilib.

Tərəflər İranla Azərbaycanın elm adamları və tədqiqatçılarının iştirakı ilə dini mövzuda konfransların keçirilməsinin vacib olduğunu bildiriblər. Görüşdə M. Pakayin İran İslami Mədəniyyət və Ünsiyyət Təşkilatı rəhbərinin dəvət məktubunu Azərbaycanın komitə sədrinə təqdim edib. E. İskəndərov dəvəti qəbul etdiyini və ən uyğun zamanda İrana səfər edəcəyini bildirib. Öz növbəsində o, İran islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseynini bu ilin dekabrında Bakıda keçiriləcək “Dövlət və siyasət” adlı konfransa dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR