Bank Of Baku

27 dini icmaya şəhadətnamələr təqdim edilib

27 dini icmaya şəhadətnamələr təqdim edilib
# 15 noyabr 2016 11:44 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 27 dini icmaya şəhadətnamələr təqdim edilib.

 

DQİDK-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DQİDK sədrinin müavini Gündüz İsmayılov deyib ki, dini maarifləndirmə tədbirlərinin təşkilində, dini radikalizmə qarşı mübarizədə, yerlərdə insanların mənəvi tələbatının ödənilməsində dini icmalar da məsuliyyət daşıyır. O, icmaların daha aktiv olmalarının, yerlərdə axund və imamlarla, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə, eləcə də digər dövlət strukturları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinin vacibliyini bildirib.

 

G. İsmayılov qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.

 

Sonda dini icma sədrlərini maraqlandıran suallar cavablandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR