Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş Forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçiriləcək Forumda konfransda müxtəlif ölkələrin din siyasəti ilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, azərbaycanşünasların, qafqazşünasların, politoloqların, tarixçilərin, xaricdən dəvət olunan alimlərin, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya olunmuş səfirlərin iştirakı nəzərdə tutulur.