Bank Of Baku

Allahşükür Paşazadə: “Aşura mərasimi Azərbaycandakı tolerantlığı bir daha nümayiş etdirdi”

Allahşükür Paşazadə: “Aşura mərasimi Azərbaycandakı tolerantlığı bir daha nümayiş etdirdi”
# 28 noyabr 2012 12:27 (UTC +04:00)

 

Bakı. Rəşad Süleymanov - APA. “Azərbaycan tolerantlıq baxımından dünyada tanınır və qəbul olunur”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

 

Onun sözlərinə görə, Aşura mərasimi Azərbaycandakı tolerantlığı bir daha nümayiş etdirib: “Məhərrəmlikdə də bunu bir daha gördük. Məzhəblərindən asılı olmayaraq, bütün insanlar məscidə gəldilər, bir yerdə oldular, ibadət etdilər, sünnilər də, şiələr də Aşuranı bir yerdə saxladılar. Bu da tolerantlığın bir formasıdır. Halbuki bir vaxtlar azərbaycanlıları sünni və şiələrə ayırmışdılar”.

 

“Bu gün Ermənistanda məscidlər varmı?” sualını cavablandıran A.Paşazadə qeyd edib ki, hazırda Ermənistanda məscidlər var: “Mən Ermənistanda olarkən bir məsciddə - Göy məsciddə oldum. Oranı İran təmir etdirib. Mənə dedilər ki, digər məscidlər də qalır, amma ətrafında evlər tikilib. Onlar baxımsız şəkildədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR