Bank Of Baku

Allahşükür Paşazadə: “Bəzi siyasətçilərin gördüyü işləri öz məcrasına qaytarmaq məcburiyyətində qalırıq”

Allahşükür Paşazadə: “Bəzi siyasətçilərin gördüyü işləri öz məcrasına qaytarmaq məcburiyyətində qalırıq”
# 21 dekabr 2017 14:56 (UTC +04:00)

“Bəzi siyasətçilər elə işlər görürlər ki, biz din xadimləri məcbur oluruq ki, onların etdiklərini öz məcrasına qaytaraq”.

 

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

 

O, Qüds məsələsindən, İraq, Suriyadakı müharibədən və Avropadakı dini dözümsüzlükdən danışaraq vəziyyətin gərgin olduğunu bildirib.

 

Şeyxülislam prezident İlham Əliyevin "İslam həmrəyliyi ili" ilə bağlı sərəncamına bütün dünyanın ehtiyacı olduğunu deyib.

 

Bildirib ki, gələcəkdə də Azərbaycanda hər il İslam həmrəyliyi, dini tolerantlıq mövzusunda beynəlxalq tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR