Bank Of Baku

Allahşükür Paşazadə: “Biz müsəlmanlar bir-bizimizə qarşı yox, ümumi düşmənimizə qarşı birləşməliyik” - VİDEO

Allahşükür Paşazadə: “Biz müsəlmanlar bir-bizimizə qarşı yox, ümumi düşmənimizə qarşı birləşməliyik” - <span style="color: red;">VİDEO
# 22 dekabr 2014 12:45 (UTC +04:00)

APA-nın məlumatına görə, A. Paşazadə bunu Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə əlaqədar QMİ-də keçirilən tədbirdə deyib. O bildirib ki, Azərbaycanda vicdan azadlığı və dini dəyərlərin qorunması dövlətin nəzarəti altındadır və ölkə başçısı yüksək səviyyədə bütün dinlərə, bütün həqiqi islami məzhəblərə (sünni və şiə) qayğı göstərir: “Biz müsəlmanlar bundan istifadə edib bir-bizimizə qarşı yox, ümumi düşmənimizə - Qarabağımızı bizdən alana qarşı birləşməliyik. Əslində islamda yalnız iki məzhəb – sünni və şiə məzhəbi var ki, Azərbaycanda da əzəldən hər iki məzhəbin mənsubları mehriban və rahat şəkildə yaşayır. Peyğəmbərimiz hər iki məzhəbin peyğəmbəri olub və biz ən azı ona hörmət xətrinə qardaşlığımızı unutmamalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR