Bank Of Baku

Allahşükür Paşazadə Məkkədə keçiriləcək beynəlxalq konfransda məruzə edəcək

Allahşükür Paşazadə Məkkədə keçiriləcək beynəlxalq konfransda məruzə edəcək
# 20 fevral 2015 13:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 21-də Səudiyyə Ərəbistanına səfərə gedəcək.

 

QMİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd İslam Aləmi Liqasının təşkilatçılığı ilə 22-24 fevral tarixlərində Məkkədə keçiriləcək “Terrorizmlə mübarizə” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

 

30-dan artıq müsəlman dövlətinin din, elm və ictimai xadimlərinin qatılacagı tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR