Bakı. Mübariz Aslanov-APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov ilə görüşüb.
Bu barədə məlumatı APA-ya QMİ-dən verilib. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, iki xalq arasındakı ənənəvi dini-mənəvi əlaqələrin daha da inkişafı haqda fikir mübadiləsi aparılıb.