Bank Of Baku

ATƏT DTİHB müsəlmanlara nifrət zəminində törədilən cinayətlərin qarşısının alınması ilə bağlı seminar keçirir

ATƏT DTİHB müsəlmanlara nifrət zəminində törədilən cinayətlərin qarşısının alınması ilə bağlı seminar keçirir
# 09 noyabr 2013 08:43 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ayrı-seçkiliklə mübarizə departamentin təşkilatçılığı ilə müsəlmanlara nifrət zəminində törədilən cinayətlərin qarşısının alınması ilə bağlı seminar işə başlayacaq.

 

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, seminar imamlar və cəmiyyət liderlərinə treninqlər keçirən şəxslər üçün təşkil olunub.

 

Noyabrın 11-dək davam edəcək seminarda iştirakçılara müsəlmanlara nifrət zəminində törədilən cinayətlərin dinamikası və cinayətlərin qurbanlarına təsiri, müsəlman cəmiyyətlər arasında milli nifrət zəmində törədilən cinayətlər və onların qarşısı alınması barədə məlumatlar veriləcək.

 

Bu günədək ATƏT DTİHB beş dəfə bu cür seminar təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR