Bank Of Baku

Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısının yekun bəyannaməsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti pislənib

Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısının yekun bəyannaməsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti pislənib
# 23 noyabr 2012 09:44 (UTC +04:00)

 Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Ümumilikdə 30-dan artıq ölkənin 100-dən çox dini təsisatının rəhbərinin iştirak etdiyi Zirvə Toplantısında yekun bəyannamə qəbul edilib. Bəyannamənin müzakirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun təklifi ilə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin pislənməsi yekun bəyannamənin 1-ci maddəsində öz əksini tapıb.

 

«Başda Orta Şərq, Suriya və Fələstində axıdılan müsəlman qanının tez bir zamanda dayandırılması və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğalın dayandırılması üçün beynəlxalq aləmin üzərinə düşən insani vəzifənin yerinə yetirilməsi, dinindən və inancından asılı olmayaraq, əzəli, mənəvi dəyərlərin sahibi olduğunu düşünən bütün dini qurumlara bu məsələdə sülh və təhlükəsizliyin təmin olunması üçün səslənməyi özümüzə vəzifə olaraq görürük. Bu mövzudakı məsuliyyət təkcə siyasətçilərin deyil, eyni zamanda  sağlam vicdana sahib olan hər kəsin üzərinə düşür. Bütün dünya ictimaiyyətini bu məsuliyyətdən irəli gələn addımları atmağa dəvət edirik. Həmçinin  21.11.2012-ci il tarixində Qəzzada əldə olunan atəşkəsin davamlı bir sülhə çevrilməsini diləyirik», - deyə bəyannamədə qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR