Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda indiyədək dövlət qeydiyyatından keçmiş 576 dini qurumdan 555-i İslam, 21-i qeyri-islam təmayüllüdür. Qeyri-islam təmayüllülərdən 12-si xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmadır.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci ilin yekunlarına dair hesabatında bildirilir.
Qeydiyyat üçün sənədlərini təqdim etmiş dini icmaların təsisçilərinin tərkibi araşdırılıb, təsisçiliyi qanuna zidd olan şəxslərin dini icmalardan uzaqlaşdırılması təmin edilib. Təqdim etdiyi sənədlərin qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə 27 icma qeydiyyata alınmayıb.