Bank Of Baku

Azərbaycanda axundlar üçün kurslar təşkil olunacaq

Azərbaycanda axundlar üçün kurslar təşkil olunacaq
# 21 yanvar 2013 12:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu il Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən axundlar üçün kurslar təşkil olunacaq.

 

Qafqaz Müsəlmanları İdarəsi fitva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə APA-ya açıqlamasında bildirib ki, növbəti aylardan kurslara start veriləcək: “Kurslar 6 və yaxud 3 aylıq olacaq. Bu barədə kurslar başlayan zaman qərar veriləcək”.

 

M.Seyidzadə qeyd edib ki, kursların keçirilməsində məqsəd axundların ixtisaslarının artırılmasıdır. Mollaların attestasiyasından danışan QMİ rəsmisi onu da bildirib ki, ölkənin əsas hissəsində artıq bu işlər aparılıb: “Hazırda Bakı və ətraf kəndlərdə mollaların attestasiyası qalıb ki, onu da bu il yekunlaşdıracağıq. Proses yekunlaşandan sonra ümumilikdə nə qədər mollanın, axundun attestasiyadan keçməsi açıqlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR