Azərbaycanda dövlət qeydiyyatına alınan dini qurumların sayı açıqlanıb

Azərbaycanda dövlət qeydiyyatına alınan dini qurumların sayı açıqlanıb
# 27 yanvar 2017 15:41 (UTC +04:00)

Azərbaycanda 2016-cı ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib və dövlət qeydiyyatına alınan dini qurumların sayı 749-a çatıb.

APA-nın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Komitə sədrinin müavini Gündüz İsmayılov bildirib.

G. İsmayılov deyib ki, indiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, 2016-cı il ərzində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Komitəsinə ayrılmış vəsait hesabına dini icmaların layihələrinin maliyyələşdirilməsi prosesi davam edib. 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 137 layihə maliyyələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR