Bank Of Baku

Azərbaycanda Həccə ziyarəti ilə bağlı boş qalan yerlərin sayı açıqlanıb

Azərbaycanda Həccə ziyarəti ilə bağlı boş qalan yerlərin sayı açıqlanıb
# 09 mart 2017 08:05 (UTC +04:00)

Azərbaycandan bu il Həccə gedəcək zəvvarlar üçün ayrılmış yerlərdən boş qalanlarının sayı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, 600 yerdən 250 boş zəvvar yeri qalıb.

 

Sənəd vermə tarixinin aprelin aprelin 4-də yekunlaşması gözlənilir.

 

Qeyd edək ki, bu ilki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-dan başlayıb və QMİ-nin Həcc şöbəsində sənədlər qəbul olunur. Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Əvvəlki illərdən fərqli olaraq, bu il ziyarət iki formada (VİP və nisbətən ucuz) yox, bir formada olacaq. Bir nəfərlik ziyarət paketinin qiyməti isə 3850 ABŞ dolları təşkil edir. Zəvvarlara bu il mərhələli şəkildə ödəniş imkanı da yaradılıb. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən ilki kvota isə 1040 nəfər olub, VİP ziyarət növünün xərci 4500 dollar, nisbətən ucuz ziyarətin xərci isə 3500 dollar olub. Azərbaycanda Həcc sənəd qəbulunu yalnız QMİ aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR