Bank Of Baku

Azərbaycanda Milli Tolerantlıq Mərkəzi yaradılacaq

Azərbaycanda Milli Tolerantlıq Mərkəzi yaradılacaq
# 08 yanvar 2013 13:26 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yaxın zamanda Azərbaycanda Milli Tolerantlıq Mərkəzi fəaliyyətə başlayacaq.

 

Dini Qurumlarla iş üzrə Dövlət Komitədən APA-ya verilən məlumata görə, bu barədə komitə sədri Elşad İsgəndərov Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle ilə görüşündə bildirib.

 

Komitə sədri Azərbaycanda dünyaya nümunə ola biləcək mövcud dinlər və məzhəblərarası tolerantlıq modeli haqqında danışıb, bu sahədə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüslərinin dünyada gedən proseslərə müsbət təsirini qeyd edib. E.İskəndərov bu təcrübənin daha dərindən öyrənilməsi və tətbiq olunması məqsədilə ölkədə milli tolerantlıq mərkəzinin yaradılmasına ehtiyac olduğunu bildirib.

 

Görüş zamanı Almaniya səfiri Azərbaycandakı lüteran kilsəsi icmasının fəaliyyəti üçün yaradılan şəraitdən razılığını ifadə edib, həmçinin Azərbaycan və Almaniya arasında tarixi əlaqələrin geniş təbliğ olunması, o cümlədən Azərbaycanda alman əsilli insanların mənəvi-mədəni irsinin qorunması və tanıdılması barədə fikir mübadiləsi aparılıb, bir sıra maraqlı təkliflər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR