Bank Of Baku

Azərbaycandakı dini konfessiyaların liderləri Brüsselə səfər edəcəklər

Azərbaycandakı dini konfessiyaların liderləri Brüsselə səfər edəcəklər
# 20 sentyabr 2017 13:16 (UTC +04:00)

Gələn həftə ilk dəfə Avropa İttifaqının Bakı Nümayəndəliyi Azərbaycandakı dini konfessiyaların liderlərinin və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək.

 

APA-nın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

 

O qeyd edib ki, 7 dini konfessiya lideri bu səfərdə iştirak edəcək. Səfər sentyabrın 25-28-də baş tutacaq.

 

Səfər çərçivəsində görüşlər Aİ institutlarında və NATO-da keçiriləcək.

 

K. Yankauskas bildirib ki, Azərbaycan dini tolerantlığı və dərin ənənələri ilə tanınan bir ölkədir: “Bu dəyərlər bizim üçün çox vacibdir. Biz bu sahədə əlaqələri inkişaf etdirmək istəyirik. İnanıram ki, bu səfər bu istiqamətdə müsbət rol oynayacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR