Bank Of Baku

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu geri dönüb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu geri dönüb
# 28 oktyabr 2013 08:22 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, sonuncu zəvvar qrupunu gətirən təyyarə reysi Bakı vaxtı ilə səhər saat 09:00-da Heydər Əliyev adına Hava Limanında yerə enib.

 

QMİ-dən bildirilib ki, bununla da Azərbaycanda Həcc ziyarəti mövsümü uğurla başa çatıb və gedən zəvvarların hamısı sağ-salamat geri dönüblər. Zəvvarların səhhətində heç bir problem qeydə alınmayıb.

 

Qeyd edək ki, bu il Azərbaycandan Həzz ziyarətində 3700 zəvvar iştirak edib. Onların geri dönüşü oktyabrın 22-dən başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR