Gəncə. Azər Məmmədli – APA. Azərbaycanın qərb bölgəsində 50 dini icmadan 29-u qeydiyyatdan keçib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib.
Onun sözlərinə görə, bölgədə İslam yönümlü 50 dini icma fəaliyyət göstərir ki, onlardan da 42-si təkrar qeydiyyatdan keçmək üçün Komitəyə müraciət edib: “Dini icmalardan 29-u qeydiyyata alınıb. Digərlərinin sənədlərində çatışmazlıqlar olduğu üçün geri qaytarılıb. Onların bir qisminin məsələləri yaxın bir neçə ay ərazində müsbət istiqamətdə həll ediləcək. 8 qurum isə sənədlərini qanunvericiliyə uyğun tərtib edə bilməyib. Biz onlarla görüşüb qanunla qeydiyyatdan keçmə haqqında onları maarifləndirəcəyik”.