Bank Of Baku

Böyük Britaniyada müsəlman məktəbi bağlanıb

Böyük Britaniyada müsəlman məktəbi bağlanıb
# 02 oktyabr 2013 04:51 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın Derbi şəhərində yerləşən müsəlman məktəbi bağlanıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, dövlət nəzarət qurumları tərəfindən məktəbdə aparılan yoxlama burada şəriət qaydalarının həddindən artıq ciddi tətbiq olunduğunu aşkarlayıb.  

 

Yoxlamaya məktəbin keçmiş əməkdaşlarının dövlət qurumlarına etdiyi şikayətlər səbəb olub. Şikayət ərizələrində qeyd olunub ki, dini etiqadından asılı olmayaraq bütün müəllimələrdən   məktəbə hicabla gəlməsi tələb olunub. Bundan başqa, məktəbdə tətbiq edilən qaydalara görə, qızlardan sinfə daxil olduqda arxa cərgələrdə oturmaları tələb olunub.   

 

Məktəb rəhbərliyinin açıqlamasında təhsil müəssisəsinin sağlamlıq və təhlükəsizlik səbəblərindən bağlandığı bildirilir. Rəhbərlik məktəbin yaxın zamanda açılmasına ümidvar olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR