Bank Of Baku

Cocuq Mərcanlı məscidində vəhdət namazı qılınıb

Cocuq Mərcanlı məscidində vəhdət namazı qılınıb
# 07 avqust 2017 15:08 (UTC +04:00)

Dövlət qeydiyyatından keçərək Göyçay rayonunda fəaliyyət göstərən bir qrup dini icma sədri və din xadimi Cəbrayılda Cocuq Mərcanlı məscidini ziyarət edərək orada vəhdət namazı qılıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, məscidin ziyarəti Göyçay Rayon İcra Hakimiyyəti və Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşəbbüsü ilə həyata keçirilib.

 

“Prezident İlham Əliyevin göstərişinə əsasən inşa olunmuş Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar vəhdət namazı qılaraq ölkəmizdə mövcud olan firavanlığın və sülh şəraitinin əbədi olması, eləcə də Qarabağdakı bütün məscidlərimizdə də azan səsinin ucalması  üçün dualar ediblər”, - deyə Dövlət Komitəsinin məlumatında bildirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR