Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yenidən işlənmiş internet səhifəsini təqdim edib - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yenidən işlənmiş internet səhifəsini təqdim edib - <span style="color: red;">FOTO
# 30 yanvar 2013 08:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet səhifəsinin yenidən işlənmiş formasının təqdimatı olub.

 

APA-nın məlumatına görə, təqdimat mərasimində Komitə sədri Elşad İskəndərov, müxtəlif dini icmaların nümayəndələri və bəzi deputatlar iştirak ediblər.

 

Təqdimatda çıxış edən E.İskəndərov bildirib ki, Azərbaycan hökumətinin dövlət-din münasibətləri sahəsində siyasəti, milli-mənəvi dəyərlərimizə qayğısı, ölkəmizdəki tolerantlıq ənənələri, dinlərin tarixi, mövcud dini qurumlar, tarixi-dini abidələr, o cümlədən ibadət yerləri və ziyarətgahlar, eləcə də Komitənin fəaliyyəti barədə məlumatların geniş və ətraflı şəkildə cəmiyyətə çatdırılması məqsədilə Dövlət Komitəsinin rəsmi internet saytı fərqli tərtibatda və geniş formatda yenidən işlənərək hazırlanıb: “Bu səhifəni yenidən qurmaqla dini icmalar, KİV nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən insanların Dövlət Komitəsi ilə qarşılıqlı əlaqələrini daha asan şəkildə təmin etmək istəyirik. Bunun üçün saytda kifayət qədər şərait var”.

 

Daha sonra çıxış edən Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova da bildirib ki, saytın yeni formada bu cür tərtibatı Komitənin uğurlu addımıdır: “Bu gün Azərbaycan vətəndaşı dini icmaların fəaliyyəti, ölkədə din və dövlət münasibətləri ilə bağlı çoxlu məlumatlar əldə etmək istəyirlər. Bu sayt onlar üçün ən əlverişli mənbədir”.

 

Qeyd edək ki, dini icmalar, mətbuat və ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq əldə etməsi üçün DQİDK bir neçə ay öncə yeni rəsmi saytının hazırlanmasına qərar verib. Saytda ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi hazırlanaraq yerləşdirilib. Bundan başqa, yeni veb saytda Azərbaycanda olan məscidlər, kilsələr, sinaqoqlar, alban abidələri, ziyarətgahlar haqqında geniş məlumatlar təqdim edilib. Dövlət Komitəsi dini icmaların işinin asanlaşdırılması məqsədilə yeni saytda elektron xidmətlər bölməsi, dini icmaların qeydiyyatı üçün sənədlərin elektron variantını yerləşdirib. Dini icmalar, o cümlədən vətəndaşlar sayt vasitəsilə onlayn şəkildə Dövlət Komitəsinə müraciət edə biləcəklər, istədikləri suallara cavab alacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR