Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda məscid tikintisi üçün qanunvericiliyin tələblərini açıqlayıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda məscid tikintisi üçün qanunvericiliyin tələblərini açıqlayıb
# 12 iyun 2013 12:19 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası və qanunvericiliyi dini etiqad azadlığına tam təminat verir: “Son 1 il ərzində prezident İlham Əliyevin din sahəsində verdiyi sərəncam, müraciət və iştirakı ilə keçirilən möhtəşəm tədbirlərin sayı 20-dən artıqdır. Təkcə bu faktın özü Azərbaycan dövlətinin dini sahəyə nə dərəcədə önəm verməsinin və qayğısının göstəcisidir”.

 

E.İskəndərov deyib ki, dövlət tərəfindən ölkədə dini abidələrin təmir prosesi bundan sonra da davam edəcək: “Şamaxı Cümə məscidinin açılışında möhtərəm prezidentimiz bildirdi ki, ölkədə təmir olunmayan məscid və digər ibadət ocağı qalmayacaq. Biz də buna uyğun müvafiq təklifləri hazırlayırıq”.

 

Komitə sədri qeyd edib ki, dünyanın bir çox ölkələrində məscidlər dini icmalar hesabına tikilir və ya təmir olunur: “Məsələn, qonşu Türkiyədə məscid tikintisindən öncə Cami İnşa və Yaşatma Dərnəyi yaradılır, müvafiq dövlət orqanlarının razılığını aldıqdan sonra məscid tikintisinə başlanılır. Azərbaycanda isə məscid tikintisi və ya təmiri ilə əsasən imkanlı şəxslər məşğul olur. Onlar Allah rizası üçün bu işi görsələr də, məscidin gələcəyinin necə olacağını düşünmürlər. Bu isə məscidləri kimsəsiz halına gətirib çıxarır, hətta bəzi hallarda axşam saatlarından sonra məscidlərdə arzuolunmaz və tüfeyli şəxslərin peyda olması qeydə alınıb”.

 

E.İskəndərov Azərbaycanda məscid tikintisi üçün qanunvericiliyin tələblərini də açıqlayıb: “Əgər həqiqətən həmin ərazidə məscid tikintisinə ehtiyac varsa, qanunvericiliyə uyğun formalaşmış dini icma fəaliyyət göstərirsə və Qafqaz Müsəlmanları İdarəsi məscidə din xadimi təyin etməyə hazırdırsa, o zaman Azərbaycanın istənilən bölgəsində məscid inşa etməkdə heç bir problem olmayacaq. Bununla əlaqədar təxminən 20-yə yaxın müraciətə hazırda komitədə baxılmaqdadır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR