Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar jurnalistlərlə görüşüb - FOTOSESSİYA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar jurnalistlərlə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 12 iyun 2013 12:07 (UTC +04:00)

“Görülməyən işlər görülənlərdən daha çoxdur”

 

Bakı - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.

 

APA-nın məlumatına görə, E.İskəndərov bildirib ki, bir il əvvəl prezident İlham Əliyev tərəfindən DQİDK sədri təyin olunmasını Azərbaycanın müstəqillik dövründə formalaşmış gənc kadrlara böyük etimad kimi qiymətləndirir: “Ötən bir il ərzində bu yüksək etimadı doğrultmağa çalışdım və bundan sonra da çalışacağam”.

 

Komitə sədri dövlət-din münasibətlərini tənzimləyən bir qurumun onun üçün yeni sahə olmadığını vurğulayıb: “Doğrudur, bu sahə spesifik sahədir, dövlət-din münasibətlərinin özü yeni anlayışdır. Azərbaycan həssas regionda yerləşdiyindən, bəzi dini cərəyanların nümayəndələri insanların duyğularından istifadə edərək bölgədə situasiyanı gərginləşdirməyə cəhdlər edirlər. Lakin diplomatik təcrübəm və İslam Əməkdaşlıq Təşkilatındakı yeddi illik fəaliyyətim komitə sədri kimi ciddi çətinliklərlə üzləşməməyimə yardımçı oldu”.

 

E.İskəndərov bir il ərzində görülən işləri də sadalayıb: “İlk bir il müvafiq sahədə yerli və beynəlxalq təcrübənin ümumiləşdirilməsinə, dini icmalarla münasibətlərin möhkəmləndirilməsinə və maarifləndirmə tədbirlərinə sərf olundu. Dövlət-din münasibətlərinə elmi yanaşma gətirdik, nüfuzlu tədqiqat təşkilatları ilə birgə dini vəziyyəti tam araşdıran bir tədqiqat həyata keçirildi, dini təşkilatları milli-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi işinə cəlb etdik, Azərbaycanda dövlət-din münasibətlərinin tarixi və bu günü ilə bağlı kompleks təqdimat paketi hazırlandı, Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə “Xütbə mövzuları vəsaiti”nin geniş yayılması istiqamətində işlər aparıldı. Keçən il Bakıda “Din-dövlət münasibətləri” mövzusunda beynəlxalq Forum keçirildi. Bundan başqa, fransız fotoqrafı Rza Deqati ilə birgə “Azərbaycan tolerantlıq məkanı” adlı layihə hazırlandı. O, iki ay bütün Azərbaycanı gəzib və tolerantlıqla bağlı çox maraqlı fotoreportaj hazırlayıb. İnşallah, yaxın vaxtlarda həmin fotoreportajdan ibarət sərginin dünyanın aparıcı mərkəzlərində təqdimatını keçirəcəyik”.

 

DQİDK-in dini icmalarla münasibətlərdə cəmiyyətdə zaman-zaman yaranan gərginliklərdə müdaxilə etdiyini və belə halların “çözüm mexanizmi”ni hazırladığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri qarşıda duran vəzifələri də açıqlayıb: “Qlobal çağırışlara cavab verən, milli-mənəvi dəyərləri təbliğ edən dini tədris mərkəzlərinin açılması zəruridir. Azərbaycan qanunvericiliyi ilkin dini təhsilini ölkədə almayan şəxslərin peşəkar dini fəaliyyətlə məşğul olmasına icazə vermir. Bu sahədə boşluğu doldurmaq məqsədilə xaricdə təhsil almış gənclərimiz üçün qısa müddətli kurslar təşkil oluna bilər ki, hazırda komitədə bu istiqamətdə iş aparılmaqdadır. Lakin məsələnin prinsipial həlli müvafiq qurumlarla birlikdə ölkə daxilində dini təhsilin səviyyəsinin artırılmasına nail olmaqdır. Bu prosesə həmçinin Təhsil Nazirliyi ilə birgə seçilmiş nüfuzlu xarici təhsil mərkəzləri də cəlb oluna bilər. Əgər ölkədə bədən tərbiyəsi ixtisası üzrə keçid balı 150, dini təhsilin alınması üçün isə keçid balı 100-dürsə, bu, düşünmək üçün ciddi əsaslar verir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR