Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edib
# 15 iyun 2013 15:41 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Zaqatalada ölkənin şimal-qərb bölgəsində yaşayan vətəndaşları qəbul edib.

 

APA-nın yerli bürosunun məlumatına görə, qəbulda Zaqatala ilə yanaşı, Balakən, Qax, Şəki və Oğuz rayonlarından qəbula gələn vətəndaşların müraciətlərinə baxılıb.

 

Vətəndaşların problemlərini dinləyən komitə sədri tapşırıq və tövsiyələrini verib. Qəbulun keçirilməsində məqsəd əhalinin problemləri ilə yerində tanış olmaqdan ibarət olub. Komitə sədrinin sözlərinə görə, vətəndaşların problemlərinin tezliklə həlli üçün işlər aparılacaq.

 

Qəbulda müraciətlər əsasən zəlzələ bölgəsində ibadət yerlərində yaranan qəzalı vəziyyət və dini icmaların qeydiyyatı ilə bağlı olub. Şikayətlərlə bağlı bəzi məsələlər yerində həll olunub, digərləri barəsində isə araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR