Bank Of Baku

Dövlət Komitəsi dini icmaların layihələrini maliyyələşdirib

Dövlət Komitəsi dini icmaların layihələrini maliyyələşdirib
# 31 oktyabr 2017 09:56 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib.

 

DQİDK-dən APA-ya verilən məlumata görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı həyata keçiriləcək layihələrin məqsədindən də bəhs edib.

 

Layihələri maliyyələşdirilən Quba rayonu Ağbil kənd məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə”, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz”, Göygöl şəhəri “Heydər” məscidi dini icması “İslam həmrəyliyi sülhə və tolerantlığa çağırır", Ağstafa rayonu Dağ Kəsəmən kəndi “Eyyub ağa” məscidi dini icması “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” mövzularında maarifləndirmə tədbirləri həyata keçirəcəklər.

 

Eyni zamanda, Qazax şəhəri “Cümə” məscidi dini icması dini “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir”, Salyan rayonu Şorsulu kənd məscidi dini icması “İslamda həmrəyliyin əhəmiyyəti”, Lənkəran rayonu Ləj kənd məscidi dini icması “İslam humanizm və həmrəylik dinidir”, Beyləqan rayonu Qarallar kənd məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Salyan rayonu Kürsəngi kənd “Hacı Səftər” məscidi dini icması “İslam həmrəyliyi – sülhə aparan yol”, Masallı rayonu Miyankü kənd məscidi dini icması “İslam dini: sülh və vəhdətə çağırış” mövzularında da maarifləndirmə işləri görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR