Bank Of Baku

Elşad İsgəndərov Səudiyyə Ərəbistanı Krallığın İslam İşləri, Vəqflər, Dəvət və İrşad naziri ilə görüşüb - FOTO

Elşad İsgəndərov Səudiyyə Ərəbistanı Krallığın İslam İşləri, Vəqflər, Dəvət və İrşad naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 06 fevral 2013 16:14 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olan Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bu gün Krallığın İslam İşləri, Vəqflər, Dəvət və İrşad naziri - Şeyx Saleh bin Əbdüləziz bin əl-Şeyx və nazirliyinin rəhbərliyi ilə görüşüb. Komitədən APA-ya verilən məlumata görə, görüşdə E. İskəndərov Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin hazırkı durumundan məmnunluğunu ifadə edib.

 

Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanının beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinə, ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə nazirə təşəkkürünü bildirib. Daha sonra E. İskəndərov Azərbaycanda dövlət-din münasibətləri, DQİDK-nın son dövrlərdə gördüyü işlər, dini maarifləndirmə sahəsində yeni təşəbbüslər, dövlətimizin milli-mənəvi və dini-tarixi dəyərlərin qorunması, inkişaf etdirilməsi istiqamətində dəstəyi barədə ətraflı məlumat verib. Şeyx Saleh bin Əbdüləziz bin əl-Şeyx Səudiyyə Ərəbistanındakı tarixi-dini ənənələr, dövlətin din siyasəti, rəhbərlik etdiyi nazirliyin strukturu, həyata keçirdiyi işlər, barəsində geniş danışıb. Görüşdə əməkdaşlıq perspektivləri, hər iki dövlət qurumunun birgə reallaşdıra biləcəyi layihələr, müzakirə olunmuş, müvafiq razılıqlar əldə edilib. Xüsusilə müasir dünyada mövcud olan islamafobiya, radikal dini dünyagörüşləri müzakirə edilib, bu istiqamətdə görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda müzakirə edilmiş əməkdaşlıq imkanlarının əks olunacağı memorandum layihəsinin hazırlanması barədə razılığa gəlinib.

 

Səudiyyə Ərəbistanına səfər çərçivəsində DQDİK sədrinin bu ölkənin həcc naziri, Dinlər və Mədəniyyətlərarası Dialoq üzrə Milli Mərkəzinin və Daxili İşlər Nazirliyinin Şəhzadə Nalf adına Reabilitasiya Mərkəzinin rəhbərlikləri, həmçinin bir sıra digər dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR