Bank Of Baku

Elşad İskəndərov: “Azərbaycan öz tolerantlıq modelini dünyaya çatdırmalıdır”

Elşad İskəndərov: “Azərbaycan öz tolerantlıq modelini dünyaya çatdırmalıdır”
# 01 noyabr 2013 09:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda belə bir tədbirin keçirilməsi təqdirəlayiqdir. Burada bir çox siyasətçilər və elm xadimləri iştirak edir. Bu bizə imkan verir ki, dünyada gedən müzakirələrə pozitiv model təklif edək". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Bakıda keçirilən Beynəlxalq Humanitar Forumu şərh edərkən deyib.

 

E. İskəndərov bildirib ki, Azərbaycanda mövcud olan dinlər və məzhəblər arasındakı qarşılıqlı hörmət mühüm məsələdir: “Bu prinsip tolerantlıq konsepsiyasına aiddir. Bu fəlsəfi fikir Azərbaycanda yaşanır və dövlət də bunu dəstəkləyir. Biz bunu tək ölkə daxilində həyata keçirməklə kifayətlənməməliyik. Bilirsiniz ki, komitəmizin təşkilatçılığı ilə BMT və İSESCO-nun baş qərargahında müvafiq seminar və sərgilər keçirilir. Avropa Parlamentində də belə bir konfransın keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycanda dini azlıqların həyatı və yaşayış tərzi ilə bağlı təqdimatın keçirilməsi də planlaşdırılır".

 

Komitə sədrinin sözlərinə görə, Azərbaycan tolerantlıq modelini dünyaya çatdırmalıdır: "Bu model təbii ki, dünyada da vacibdir. Biz may ayından Milli Tolerantlıq Mərkəzinin layihəsinin həyata keçirilməsinə başlamışıq. Bu layihə bizim komitə ilə BMT arasında müqaviləyə əsasən həyata keçirilir, İSESCO ilə Mədəniyyətlərarası Alyans tərəfindən də dəstəklənir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR