Bank Of Baku

Elşad İskəndərov: “Tolerantlıq Azərbaycanın xüsusiyyətidir” - FOTO

Elşad İskəndərov: “Tolerantlıq Azərbaycanın xüsusiyyətidir” - <span style="color: red;">FOTO
# 02 sentyabr 2013 09:20 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Tolerantlıq məsələsi yeni məsələ deyil, bu, Azərbaycanın xüsusiyyətidir. Tarixi “Böyük İpək Yolu”nda yerləşən Azərbaycanda əcdadlarımız müxtəlif dinlərin mənsubları ilə ticarət əlaqələri yaradırdı və bu da onları tolerant olmağa vadar edirdi, onlar bu fikirlərə, dinlərin müxtəlifliyinə açıq olmalı idi”. APA-nın məlumatına görə, bu sözləri “Dəyişən Dünyada Cənubi Qafqaz” adlı ikinci forumda çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədri Elşad İskəndərov deyib. O bildirib ki, Azərbaycanda nəinki əsas, digər müxtəlif dinlərə də bərabər münasibəti var və həmin icmalara dövlət tərəfindən maliyyə yardımı göstərilir. Sədr əlavə edib ki, ölkədə hər il dinlərarası dialoqla bağlı tədbirlər keçirilir, müxtəlif dinlərin nümayəndələri bir araya yığışır: “Bu yaxınlarda Beynəlxalq Tolerantlıq Mərkəzi yaradılacaq, bu da beynəlxalq alimlərin, tarixçilərin Azərbaycanın tolerantlıq tarixini öyrənməsinə kömək edəcək”.

 

E. İskəndərov qeyd edib ki, 1 milyon azərbaycanlı Dağlıq Qarabağ münaqişəsi zamanı erməni təcavüzünün qurbanı olmasına baxmayaraq, Bakının mərkəzində yerləşən erməni kilsəsi dağıdılmayıb, əksinə, dövlət tərəfindən təmir edilməsi üçün vəsait ayrılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR