Bank Of Baku

Elşad İskəndərov Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb - FOTO

Elşad İskəndərov Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 14:02 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Qumda Azərbaycandan olan tələbələrin də təhsil aldığı “Cameətül-Mustafa” Universitetinin rəhbərliyi və orada təhsil alan azərbaycanlı tələbələrin bir qrupu ilə görüşüb.

 

DQİDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə komitə sədri əvvəlcə azərbaycanlı tələbələrin təhsili ilə maraqlanmış, onları narahat edən problemləri, suallarını, təkliflərini dinləyib, daha sonra bütün bu problemlərin həlli, təkliflərin həyata keçirilməsi barədə öz fikirlərini bölüşüb, tələbələri maraqlandıran suallara cavab verib.

 

Komitə sədri bildirib ki, dini təhsil alan tələbələr Azərbaycanın bu sahədə müvafiq qanunlarını bilməlidirlər və bu prosesin milli qanunvericiliyimizə uyğun şəkildə aparılması üçün İran tərəfi ilə məsləhətləşmələr aparılır. Həmçinin tələbələrlə əlaqələrin davamlı saxlanması, onların dini qanunvericiliklə bağlı problemlərinin həllinə yardım məqsədilə komitəyə müraciət edə biləcəkləri, bunun üçün elektron əlaqə mexanizminin yaradılmasının zəruriliyi qeyd olunub. Azərbaycanlı tələbələr görüşə görə təşəkkürlərini bildirərək belə əlaqələrə çox ehtiyacları olduğunu qeyd ediblər.

 

“Cameətül Mustafa” Universitetinin rektoru ayətullah Ərafi və digər rəhbər heyətlə görüşdə DQİDK sədri dini təhsil, o cümlədən xaricdə dini təhsil haqda Azərbaycan qanunlarının müvafiq müddəaları barədə universitet rəhbərliyini məlumatlandırıb, İranda dini təhsil alan azərbaycanlı tələbələrin də təhsil prosedurlarının bu qanunlara uyğunlaşdırılmasının zəruriliyini qeyd edib. Belə bir addımın atılmasının həmin tələbələrin bir çox problemlərinin həll edilməsinə də kömək edəcəyini vurğulayan E.İskəndərov qarşılıqlı əməkdaşlıq çərçivəsində həmin prosesin həyata keçirilməsini təklif edib. Komitə sədri bu prosesin həyata keçəcəyi təqdirdə təhsil almış mütəxəssislərin potensialından da gələcəkdə Azərbaycanda müvafiq sahələrdə istifadə edilməsinin mümkünlüyünü bildirib.

 

Ayətullah Ərafi öz növbəsində bu təşəbbüsü müsbət addım adlandıraraq qeyd edib ki, Qumda təhsil alan azərbaycanlı tələbələrin təhsil prosedurlarının Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması üçün hər cür əməkdaşlığa hazırdırlar. Görüşün sonunda bu istiqamətdə konkret təkliflər hazırlanması məqsədilə ekspertlər müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR