Bank Of Baku

Ermənistan İrəvandakı “Göy məscid”in UNESCO-nun mədəni irs siyahısına salınmasına çalışır

Ermənistan İrəvandakı “Göy məscid”in UNESCO-nun mədəni irs siyahısına salınmasına çalışır
# 15 yanvar 2013 15:04 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ermənistan İrəvandakı “Göy məscid”in UNESCO-nun mədəni irs siyahısına salınması üçün addımlar atacaq.

 

APA-nın “Armenpress”ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın mədəniyyət naziri Asmik Poqosyan bildirib.

 

Onun sözlərinə görə, ötən ilin payızında İrana səfəri zamanı oradakı erməni tarixi və mədəni abidələrinin necə qorunmasının şahidi olub: “İran erməni kilsələrinə, məktəblərinə və mədəni obyektlərinə hörmətlə yanaşılan azsaylı ölkələrdəndir”.

 

Qeyd edək ki, ermənilər İrəvandakı “Göy məscid”i İran məscidi sayırlar. Azərbaycanda isə onu türk memarlığının nümunəsi kimi qiymətləndirirlər. Çünki İrəvan əhalisinin əksəriyyətini türklər təşkil edən İrəvan xanlığını paytaxtı olub. XVIII əsrdə tikilən “Göy məscid” vaxtilə İrəvandakı 7 məsciddən biri olub və İranın vəsaiti hesabına bərpa olunub. Hazırda Ermənistan paytaxtındakı yeganə müsəlman abidəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR