Bank Of Baku

Ermənistan İrəvandakı Göy Məscidin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilməsini istəyir

Ermənistan İrəvandakı Göy Məscidin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilməsini istəyir
# 19 aprel 2013 10:39 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ermənistan İrəvanda yerləşən Göy Məscidin UNESCO-un Ümumdünya mədəni irs siyahısına daxil edilməsi üçün təşkilata ərizə təqdim etmək niyyətindədir.

 

APA-nın “Novosti Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan mədəniyyət naziri səlahiyyətlərini icra edən Asmik Poqosyan İranın islami irşad və mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni ilə 2013-2016-cı illəri əhatə edəcək mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq proqramının imzalanma mərasimindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

 

A.Poqosyanın sözlərinə görə, erməni tərəfi bu işini həyata keçirmək üçün İrandan mütəxəssislər dəvət edib.

 

S.M.Hüseyni isə öz növbəsində qeyd edib ki, iki xalq arasında mədəni-tarixi əlaqələri 3 min ildən çoxdur davam edir: “Ümid edirəm ki, Ermənistan hökumətinin səyləri nəticəsində Göy Məscid UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil ediləcək”.

 

Qeyd edək ki, Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xan Qacar tərəfindən inşa edilib. 1945-ci ildə məscidin dörd minarəsindən üçü ermənilər tərəfindən sökülüb. Hazırda məscid Ermənistanda İran icmasının mədəniyyət mərkəzlərindən biri kimi fəaliyyət göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR