Gürcüstan katolikos patriarxı II İliya Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadəni qəbul edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, qəbulda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirlik əməkdaşları, QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, iki ölkənin din xadimləri iştirak ediblər. Görüşdə maraq doğuran məsələlər müzakirə edilib. Şeyxülislam II İliyanı Bakıya dəvət edib.